1-ci Uşaq Yaradıcılıq Festivalı keçirilib
31 may 2013 18:25 (UTC +04:00)

1-ci Uşaq Yaradıcılıq Festivalı keçirilib

Bu gün Gənclər üçün Təhsil Mərkəzi  “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə  1-ci Uşaq Yaradıcılıq Festivalı  təşkil edib. Bu barədə Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

 

“Metropark” Ticarət  və Əyləncə  Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin direktor müavini Fəxrəddin Həsənzadə uşaqların cəmiyyətdə və ailədəki rolunu qeyd edərək, Festival barədə geniş məlumat verib. Bildirib ki, yaradıcı uşaqların üzə çıxarılmasında Festival ciddi əhəmiyyət kəsb edəcək.

 

Daha sonra uşaqların hazırladığı musiqi və rəqs nömrələri, eyni zamanda onların hazırladıqları rəsm və əl işləri təqdim edilib. Sonda festivalın münsiflər heyəti 10 nəfər ən yaxşı yaradıcı uşağın təqdim etdiyi işi qiymətləndirib. Ümumilikdə Festivala 81 iş təqdim olunub və yüksək qiymətləndirilən işlərə diplom və hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar