Xaricdən gətirilən arıqlama məhsulları ilə bağlı XƏBƏRDARLIQ
27 sentyabr 2022 15:48 (UTC +04:00)

Xaricdən gətirilən arıqlama məhsulları ilə bağlı XƏBƏRDARLIQ

Ötən həftə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinin Analitik Ekspertiza Mərkəzində (AEM) məktub əsasında təqdim edilən "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizası aparılıb.

Lent.az-a verilən məlumata görə, ekspertiza zamanı “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi barədə Azərbaycanın 18 mart 2016-cı il tarixli 180-VQ saylı qanununa əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.

Qeyd edək ki, Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.

Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb. Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 1-22-də Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi keçirilib.

Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Aytəkin Cəlali

Oxşar yazılar