Uşaqlara toyuğun dərisindən kotlet verən bağça müdiri işdən çıxarıldı - YENİLƏNİB
03 sentyabr 2025 12:38 (UTC +04:00)

Uşaqlara toyuğun dərisindən kotlet verən bağça müdiri işdən çıxarıldı - YENİLƏNİB

0

Valideynlərin şikayət etdiyi bağçanın müdiri işdən çıxarılıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bildiririk ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

***

1 sentyabr, saat 22:22

Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasından şikayət var.

Lent.az Musavat.com-a istinadən xəbər verir ki, övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub:

"Yoldaşım əvvəllər bağçanın vəziyyətindən şikayət edib. Bu da Xədicə xanımın xoşuna gəlməyib. Nəticədə, hirsini balamın üstünə töküb. Qızımın qolundan tutub pilləkənlərdən çölə itələyib. Uşaq qorxudan ağlayırdı. Mən hadisə ilə bağlı Baş Prokurorluğa və Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, 66 yaşı var, amma hələ də müdir işləyir.

Davranışları uşaqlara uyğun deyil. Dövlətin verdiyi ərzaqları evinə aparır. Videolarım var, sübut edə bilərəm. Uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Kompot uşaqlara verilmir, onun evinə daşınır. Mən özüm hər gün uşağa bulka alıb çantasına qoyurdum ki, ac qalmasın. Bağçada istilik yoxdur, odun sobası yandırılır. Uşaqlar evdən təmiz gedir, qayıdanda isə his iyi gəlir. Qışda metlaxın üstündə gəzirlər. Bütün bunlara dözürdük, amma uşağımı ayaqyalın yemək vaxtı çölə atmasını heç cür bağışlamıram".

Bağça müdiri isə iddiaları təkzib edərək bildirib ki, onların müraciəti əsasında Baş Prokurorluq və Elm və Təhsil Nazirliyi yoxlama aparıb:

"İzahat alınıb. Hər şey aydınlaşdırıldı. Deyilənlərin heç biri təsdiqini tapmadı. Həmin şəxsin uşağı artıq bağçaya gəlmir, məktəbə hazırlığa gedir. Mənim onun uşağı ilə nə əlaqəm ola bilər? Qaydada yazılıb ki, uşaqlar saat 9-a qədər gətirilməlidir. Onlar isə uşağı 10-a işləmiş gətiriblər, müəllimlər də qəbul etməyib. Anası uşağın ayaqqabısını geyindirirdi, mən isə səs-küyə çıxanda, müəllimlər dedilər ki, vaxt keçib. Mən uşaq döyənəm?

Bundan əvvəl də həmin uşağı suçiçəyi ilə gətirmişdilər, müəllimlər isə yoluxma təhlükəsinə görə qəbul etməmişdilər.

Anasıgil 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konfet paylamaq istədilər, amma biz icazə vermədik. Çünki qaydaya görə, kənar məhsulu uşaqlara yedizdirmək olmaz. Nazirlik əməkdaşları da bağçaya gəldilər, vəziyyətlə tanış oldular. Deyildiyi kimi, menyuda problem yoxdur, uşaqlara normal yemək verilir. Mənim 66 yaşım var, amma qanuna görə, 70 yaşa qədər işləmək hüququm var. Əgər yeyinti etsəydim, 30 ildir burada işləməzdim. Mən hər gün 3 saat yol qət edirəm, avtobusla gedib-gəlirəm. Bağçada 30 ildir ki, odun sobası işləyir, bunu hamı bilir. Dövlət də bunun üçün odun ayırır. Bir sözlə, həmin valideynlər bizə şər atır, reallıqdan uzaq danışırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2172

Oxşar yazılar

Azərbaycanda 459 uşaq  orqan gözləyir

Azərbaycanda 459 uşaq orqan gözləyir

3 sentyabr 2025 , 15:05
Kolleclərə qəbulda rəqabət - "Kəsilənlərin sayı çox olacaq"

Kolleclərə qəbulda rəqabət - "Kəsilənlərin sayı çox olacaq"

3 sentyabr 2025 , 14:03
Bakıya yağış , rayonlara leysan  yağacaq - Sabahın HAVASI

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın HAVASI

3 sentyabr 2025 , 12:46
Məzunu   olduğu universitetin rektoru   təyin olundu

Məzunu olduğu universitetin rektoru təyin olundu

3 sentyabr 2025 , 12:02
Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

3 sentyabr 2025 , 11:51
Naxçıvanda işıq olmayacaq

Naxçıvanda işıq olmayacaq

3 sentyabr 2025 , 11:37
Masallıda 17 min ev qazsız qalacaq

Masallıda 17 min ev qazsız qalacaq

3 sentyabr 2025 , 11:23
Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT

3 sentyabr 2025 , 11:06