Bağçada uşağı döyən tərbiyəçinin izahatı alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçaya gedib, müvafiq sorğu və izahat işləri aparıb: "Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir".