Ünvanlı sosial yardımlar artırılacaq
07 yanvar 2023 12:11 (UTC +04:00)

Ünvanlı sosial yardımlar artırılacaq

2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ailənin orta aylıq gəliri ailə üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5412
avatar

Oxşar yazılar