Üçüncü doza seçimi hansı olmalıdır? - Türkiyəli professordan TÖVSİYƏ
02 iyul 2021 15:55 (UTC +04:00)

Üçüncü doza seçimi hansı olmalıdır? - Türkiyəli professordan TÖVSİYƏ

Məlum olduğu kimi, Türkiyədə 50 yaşdan yuxarı vətəndaşlara və tibb işçilərinə üçüncü doza peyvəndin vurulmasına başlanılacaq.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səhiyyə naziri Fəxrəddin Kocanın sözügedən açıqlamasından sonra vətəndaşları maraqlandıran əsas sual üçüncü dozanın hansı peyvənd növü olması olub.

Üçüncü doza haqqında danışan Türkiyə Təbibləri Birliyinin sədri, professor Ali İhsan Ökten bildirib ki, xəstəliyə qarşı qorunmaq üçün üçüncü dozanın vurulması vacibdir:

“Tövsiyə edirəm ki, hər iki dozanı “CoronaVAC” vurduran şəxslərin seçimi üçüncü doza üçün “Pfizer-Biontech” olsun. Hər iki dozanı “Pfizer-Biontech” vurduran şəxslər isə üçüncü doza üçün bir müddət gözləsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar