Üçüncü doza peyvəndin əks təsiri yoxdur -  ƏHALİYƏ ÇAĞIRIŞ
07 oktyabr 2021 15:12 (UTC +04:00)

Üçüncü doza peyvəndin əks təsiri yoxdur - ƏHALİYƏ ÇAĞIRIŞ

“Peyvəndin üçüncü dozası (buster doza) ikinci dozadan 6 ay keçdikdən sonra vurulmalıdır”.

Bu sözləri Lent.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, buna səbəb qoruyuculuğun azalmasıdır:

“3-cü doza peyvəndin heç bir əks təsiri yoxdur. Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, bu da elədir. İlk dozada yan təsiri olmadığı halda, sonradan hər hansı yan təsirlərin olma ehtimalı çox azdır".

V.Əliyev qeyd edib ki, COVID-19-a qarşı davamlı qoruyuculuq yoxdur:

“Bu səbəbdən bir neçə dəfə koronavirusa yoluxmaq mümkündür. Antitelin miqdarı azaldığı zaman yenidən xəstələnə bilərik, ona görə də buster dozadan istifadə edilməlidir

Xüsusən də risk qrupunda olan insanların 3-cü dozanı vurdurması məsləhətdir. Yaş artdıqca, risk də artır, ona görə yuxarı yaşlı insanların 3-cü doza vurdurması tövsiyə olunur. Yanaşı xəstəliyi olanlar da vurdurmalıdır”. 

Əlavə edək ki, İsraildə 1 milyon 114 min insan arasında aparılan tədqiqatın nəticəsinə görə, 3-cü doza peyvəndin qəbulu infeksiyanın yayılma riskini 11.4 dəfə, xəstəliyin ağır keçirilməsini isə 10 dəfədən çox azaldır. 

Bundan başqa "Pfizer" şirkətinin tədqiqatları göstərir ki, peyvəndin effektivliyi ikinci dozadan 6-8 ay sonra azalmağa başlayır. Belə ki, 300 şəxsə vurulmuş 3-cü doza onların immunitetini birinci və ikinci doza ilə müqayisədə 3-5 dəfə daha çox qaldırır.

# 1851
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar