Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca
23 iyun 2021 21:26 (UTC +04:00)

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

TURKOVAC peyvədinin 3-cü fazası Azərbaycanda da aparılacaq

Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızstanda da aparılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib.

Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub: “Danışıqlar davam edir. 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.

Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərşivəsində 294 könüllüyə tətbiq olunub.

# 1620
avatar

Oxşar yazılar