Türkiyədən ŞAD XƏBƏR   gəldi: "Yanğınlar söndürülüb"
12 avqust 2021 12:06 (UTC +04:00)

Türkiyədən ŞAD XƏBƏR gəldi: "Yanğınlar söndürülüb"

"Türkiyədə 15 gün davam edən böyük miqyaslı meşə yanğınları söndürülüb".

Lent.az-ın məlumatına görə, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli "twitter" səhifəsində bu barədə paylaşım edib.

Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib.

Türkiyə tarixində gördüyü ən böyük meşə yanğınları olduğunu bildirən Bekir Pakdemirli 28 iyuldan başlayan bu fəlakətin aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla dəstək verən ölkələrə, dövlət qurum və təşkilatlarına, türk millətinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4371
avatar

Oxşar yazılar