Türkiyədəki zəlzələdən sonra Bakıda həyət evləri bahalaşıb? - EKSPERT DANIŞDI
09 fevral 2023 18:31 (UTC +04:00)

Türkiyədəki zəlzələdən sonra Bakıda həyət evləri bahalaşıb? - EKSPERT DANIŞDI

"Türkiyədə baş verən zəlzələnin Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərə təsirini bu qədər tez bir zamanda müşahidə etmək mümkün deyil".

Bunu Lent.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. 

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar son günlər Bakıda həyət evlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.  

Məsələyə aydınlıq gətirən ekspert Ramil Osmanlı qeyd edib ki, bahalaşma və ucuzlaşma barədə hələki şərh bildirmək çox tezdir:

"Artıq iki gündür ki, kütləvi informasiya vasitələrində həyət evlərinə tələbat barədə çoxlu müzakirələr gedir. Bununla bağlı suallar həddən artıq çoxdur. Amma daşınmaz əmlak bazarında qiymət dəyişimini 2-3 gün ərzində müşahidə edib nəticə çıxarmaq həqiqəti əks etdirməz. Belə deyim də, məsələn, bir nəfərin evini satışa çıxarıb yüksək qiymət qoyması, ümumilikdə daşınmaz əmlak bazarında qiymət artımının olması anlamına gəlmir. Bunun müşahidəsi üçün bir müddət zaman lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5115
avatar

Fidan İlqar

Oxşar yazılar