"Türkiyədə yanğınların söndürülməsi zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında itki olmayıb".
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, FHN əməkdaşları arasında indiyədək ciddi xəsarət alma faktı da qeydə alınmayıb.
Etibar Mirzəyev onu da bildirib ki, yaxın vaxtlarda Vətənə qayıdacaqlar.
Nazir müavini bildirib ki, vəziyyət barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məruzə edib: "Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədir. Bazar günü heç bir hadisə baş verməsə, bu qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq".