Türkiyənin cənub və cənub-şərqindəki Adana və Diyarbəkir vilayətlərində yüksək temperatur qeydə alınıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Adanada havanın temperaturu 52 dərəcəyə çatıb. Diyarbəkirdə isə havanın temperaturu 48 dərəcə olub.
Qeyd edək ki, Türkiyədə anomal temperatur səbəbindən hər gün çoxlu meşə yanğınlarının baş verdiyi bildirilir.