Daxili İşlər Nazirliyi
25 iyul 2021 11:41 (UTC +04:00)

Daxili İşlər Nazirliyi

Toylarda karantin qaydalarını pozanlar cəzalandırılır-STATİSTİKA

İyulun 24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Lent.az-a verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;
-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; 
- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
- 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
 - 1562 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Oxşar yazılar