Toylarda 150 nəfərlik limitin artırılması nəzərdə tutulmur.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, qoyulmuş məhdudiyyət şənliyin keçirilməsinə və virusdan qorunmağa imkan verir.