Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanmasını təkmilləşdirmək üçün görülən kompleks tədbirlərin bir hissəsi kimi xidmətlərinin inkişafı tıxac problemlərinin həllinə kömək edəcək.
Yol-nəqliyyat infrastrukturuna milyardlarla investisiya qoyulmasına, yeni yol qovşaqlarının, körpülərin və tunellərin tikintisinə, zolaqların sayının artırılmasına baxmayaraq Azərbaycanın paytaxtında avtomobillərin hərəkəti ilə bağlı vəziyyət ildən-ilə çətinləşir. Bu, insanların və avtomobillərin sayının durmadan artması və mövcud infrastrukturun bu problemi həll edə bilməməsi ilə bağlıdır. Müxtəlif hesablamalara görə, hazırda Bakı şəhərinin hər 1000 sakininə 250-300 şəxsi avtomobil düşür və bu rəqəm durmadan artır. Mütəxəssislərin fikrincə, indi tədbirlər görülməzəsə, bu rəqəm 400 avtomobili keçəndən sonra şəhərin daxili hərəkəti dayanacaq. Nəqliyyatın çökməsinin qarşısını necə almaq olar?
Bütün böyük metropolislər oxşar problemlərlə üzləşir. Sürətlə böyüyən avtopark nəqliyyat infrastrukturunu həddən artıq yükləyir, onun vəziyyətini pisləşdirir, insanların və ətraf mühitin təhlükəsizliyinə təhdid yaradır, səs-küyə səbəb olur və zərərli emissiyaları artırır. Tıxac psixoloji gərginlik və stressə, eyni zamanda vaxt itkisinə səbəb olur və şəhərin fövqəladə hallara cavab xidmətlərinin işini çətinləşdirir.
E&Y-nin fikrincə, problemi həll etmək üçün insanları şəxsi nəqliyyat vasitələrindən istifadədən imtina etməyə sövq etmək və onlara hər biri sürətli, təhlükəsiz, rahat və fərdiləşdirilmiş bir neçə nəqliyyat variantını təklif etmək lazımdır. Söhbət ictimai nəqliyyat sisteminin inkişafından, alternativ nəqliyyat növlərindən, o cümlədən mikromobil nəqliyyatından (Elektrikli samokatlar, monotəkərlər, e-samokatlar və s.) istifadə üçün yol infrastrukturunun genişləndirilməsinə qoyulan investisiyalardan, habelə rayd- heylinq xidmətlərindən istifadədən gedir.
Gediş-gəliş xidmətləri və ya başqa sözlə, səfər sifariş etmək xidmətləri son bir neçə ildə bütün dünyada tələbat və populyarlıq qazanmışdır. Məsələn, Bolt multi-proqramından hazırda 45 ölkədə 100 milyon insan istifadə edir. Şirkət öz istifadəçilərinə daha yaxşı alternativlər təklif etməklə şəxsi avtomobillərdən mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Hazırda Bolt rayd- heylinq xidməti Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki.
Rayd- heylinq xidmətinin populyarlığı tətbiq vasitəsilə xidməti rahat sifariş etmək, nağdsız ödəniş imkanı və ən əsası sərfəli qiymətlərlə bağlıdır. Belə ki, onlayn proqram vasitəsilə sifariş edilən avtomobil bir neçə dəqiqə ərzində gəlib çatır, çünki sistem avtomatik olaraq sifariş ünvanına ən yaxın olan sürücü ilə əlaqə saxlayır, adi taksi gözləmək isə xeyli vaxt apara bilər. Şəxsi nəqliyyat vasitələri ilə müqayisədə daha bir əlavə üstünlük, xüsusilə Bakının mərkəzi üçün aktual olan parkinq yeri axtarmağa ehtiyacın olmamasıdır.
Avtomobillərin hətta beşdə birinin küçələrdən kənarlaşdırılması, ictimai nəqliyyatın inkişafı və şəxsi avtomobillər əvəzinə rayd- heylinq xidmətlərindən daha aktiv istifadə, şəhər ərazilərinin ekoloji cəhətdən təmiz olmasına gətirib çıxaracaq və orada yaşayan insanlar üçün daha yaxşı təcrübə təmin edəcək. Bu, daha az qəza, tıxacda daha az vaxt itirmək, daha az CO2 emissiyası deməkdir. Varşava Davamlı Şəhər Mobilliyi Planını işə saldıqdan sonra yol-nəqliyyat hadisələri 21%, yollarda ölüm halları isə iki dəfədən çox azalıb (2013-cü ildə 74 ölüm halı nəzərə alınıbsa, bu rəqəm 2019-cu ildə 35-ə qədər azalıb). Davamlı şəhər mobilliyinə nail olmaq istəyən meqapolislər “avtomobillər üçün şəhər” konsepsiyasından imtina etməli və diqqətini “insanlar üçün şəhər” konsepsiyasının inkişafına yönəltməlidir. Dünya təcrübəsinin təhlili göstərir ki, Dayanıqlı şəhər mobillik planının köməyi ilə hərəkətin rahatlığı ilə komfortlu şəhər mühiti arasında kompromis tapmaq, bütün tərəflərin maraqları arasında balans yaratmaq, eləcə də ərazinin investisiya cəlbediciliyini artırmaq mümkündür.