"Təzə bazar"da leş əti  AŞKARLANDI
30 noyabr 2021 12:51 (UTC +04:00)

"Təzə bazar"da leş əti AŞKARLANDI

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Z. Əliyeva küçəsində yerləşən “Təzə Bazar”da fəaliyyət göstərən, fiziki şəxslər Mehdiyev Ramin Hüseyn oğlu və Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, baxış zamanı baytarlıq sanitariya ekspertizasından keçməmiş ümumi çəkisi 208 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb.
 
Müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb və məhsullar müsadirə edilərək saxlanca qoyulub.

Müayinələr nəticəsində ətin texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ümumi çəkisi 208 kq istehlak üçün yararsız heyvan əti yandırılaraq məhv edilib.

Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub və qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib.

 

# 2748
avatar

Aytəkin Cəlali

Oxşar yazılar