“Təyyarə ilə səyahətə çıxacaq insanlar hava limanlarında və təyyarələrdə səlahiyyətli orqanın müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməlidirlər”.
Lent.az məlumat verir ki, bu barədə 1 saylı şəhər poliklinikasının baş tibb bacısı Sevinc Sadıqova deyib. O bildirib ki, hərarətin ölçülməsi, maska, sosial məsafəni qorumaq, lazım olduqda üzlük və əlcək istifadə etmək, kabin içərisində əl çantaları xaricində əşyalar götürməmək kimi qaydalara əməl edilməlidir:
“Paylanılan gigiyena dəstləri səyahət zamanı istifadə üçündür. Yoluxma riski insanın başqaları ilə nə qədər yaxın təmasda olduğu ilə artır. Uçuşlar zamanı yaxın təmas və uzun söhbətlərdən çəkinmək tövsiyə olunandır.
Bir çox ölkədə yayılmış COVID-19-un yeni ştammlarının ölkə ərazimizə daxil olmaması məhz bizim əlimizdədir. Ölkəmizi qorumağa özümüzdən başlayaq”.