Təhsil krediti almaq hüququ qazanan tələbələrin  SAYI
26 yanvar 2022 17:17 (UTC +04:00)

Təhsil krediti almaq hüququ qazanan tələbələrin SAYI

Təhsil Tələbə Kredit Fonduna yanvarın 25-dək 5000-dən artıq tələbə 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə elektron müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Həmin müraciətlərdən 1591-i üzrə elektron ərizələr tələbələr tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanmayıb.

Tam formada təqdim edilmiş 3359 müraciətin cari emal nəticələrinə əsasən, artıq 2350-ə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb, onlardan 686-sı ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsil haqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Onlayn müqavilələrin bağlanması prosesi davam etməkdədir.

Digər müraciətlər üzrə isə emal işləri və yeni müraciətlərin qəbulu davam etdirilir.

# 1128
avatar

Oxşar yazılar