Tanınmış pediatrdan  HƏYƏCAN TƏBİLİ  : "Xəstələnən uşaqlar..."
11 oktyabr 2021 17:06 (UTC +04:00)

Tanınmış pediatrdan HƏYƏCAN TƏBİLİ : "Xəstələnən uşaqlar..."

"Yaşından asılı olmayaraq bütün uşaqlarda qızdırma, burun axması, öskürək, bəzən qusma və ishal müşahidə olunur".

Tanınmış pediatr Vaqif Qarayev Lent.az-a bildirib ki, daha çox bağça və məktəb yaşlı uşaqlar xəstələnir:

"Bununla belə, xəstə uşaqların bağçaya və məktəbə getməsini müşahidə edirik. Xəstələnən uşaqlar ətrafdan təcrid olunmalıdır, çünki həm özü gec sağalır, həm də başqalarını yoluxdurur".

V.Qarayev valideynlərə tövsiyə edib ki, ilkin əlamətlər koronavirusun əlamətləri ilə eynidir:

"Buna görə də həkimlərin məsləhəti ilə bu uşaqların yaxma verməsi məqsədə uyğundur".
 

# 4749
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar