Tanınmış həkim Fazil Mustafa ilə görüşdü: “Çiynindəki yarası ciddidir”
14 aprel 2023 15:26 (UTC +04:00)

Tanınmış həkim Fazil Mustafa ilə görüşdü: “Çiynindəki yarası ciddidir”

Tanınmış həkim Fizuli Hüseynov bir neçə gün əvvəl güllə yarası alan deputat Fazil Mustafa ilə görüşüb.

Lent.az xəbər verir ki, millət vəkilini evində ziyarət edən həkim, onunla səhhəti ilə bağlı söhbət edib:

“Salam aleykum əziz dostlar. Bu gün Fazil Mustafanı evində ziyarət elədim. Hadisədən sonra bərpaolmanın daha da sürətli getməsi üçün söhbətimiz oldu. Çiyindəki yara ciddidir, tam sağalması beş altı aya çəkə bilər. Allah şəfasını versin. Allah düşmənlərimizə fürsət verməsin. Sonda onu da qeyd edim ki, güllə çiyindən 2 sm yuxarı dəysəydi çox ciddi həyati problem ola bilərdi. Qoruyan Allaha həmd olsun AMİN”.

Qeyd edək ki, martın 28-i saat 21:51-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Oxşar yazılar