Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu sərt karantində sürücülük imtahanlarının təşkili ilə bağlıdır.
Məlumdur ki, bir nəfərin sürücülük imtahanında iştirakı üçün minimum 3 saat vaxt tələb olunur. Bura həm test imtahanı, həm də təcrübi imtahan daxildir. Bəs görəsən, 3 saatlıq sms icazənin mövcud olduğu bir zamanda sürücülük imtahanlarının təşkili nə yerdə qalacaq?
Rubrikamızın sualına Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev cavab verib. O bildirib ki, mövcud sərt karantin rejimində də imtahanlar davam edəcək:
"Digər dövlət orqanlarındakı xidmətlə eyni olaraq, sürücülük imtahanlarında da fəaliyyət davam edəcək. Bunun üçün vətəndaş adi qaydada evdən çıxmaq üçün sms vasitəsilə 3 saatlıq icazə alacaq. Əgər verilən müddət yetərli olmasa, digər dövlət orqanlarında olduğu kimi, vətəndaşın hərəkəti üçün arayış təqdim olunacaq".