Sürücülərin NƏZƏRİNƏ - Martın 21-dək yollar  dumanlı olacaq
18 mart 2023 21:18 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ - Martın 21-dək yollar dumanlı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 21-dək davam edəcək dumanlı hava şəraiti ilə əlaqədar hazırda ölkə ərazisində görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Qeyri-iş günlərində respublikanın avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını da nəzərə alaraq, səfərə çıxan sürücüləri mövcud hava şəraitini düzgün qiymətləndirməyə, bayram ərəfəsində xoşagəlməz hadisələrin yaşanmaması üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq", - idarədən bildirilib.

# 3672
avatar

Oxşar yazılar