Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub:
"Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 7:00-dan axşam saat 20:00-dək yol nişanın tələbinə əməl etsinlər.
Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk".