Sürücülərin  DİQQƏTİNƏ:   Bu da qayda pozuntusu hesab edilir
06 oktyabr 2021 13:32 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ: Bu da qayda pozuntusu hesab edilir

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişən, manevr qaydalarını kobud pozan sürücülərə bir daha xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradan sürücülərə də mütəmadi olaraq, rast gəlinir:

Araz Əsgərli

“Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusilə günün pik saatlarında müəyyən məsafəni daha qısa müddətdə qət etmək üçün yol hərəkəti qaydalarını kobud pozurlar. “Yol Hərəkəti haqqında" qanuna görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir.

Bu hərəkətlər digər sürücülər üçün, eləcə də yolu keçən piyadalara da ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddətdə həmin məsafəni tez qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yol ayrıcıları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.

Sürücülərə bir daha xəbərdarlıq edirik, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir. Bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur.

Bu cür manevr qaydalarının kobud pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntuları aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4756

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07