Suraxanıda “Açıq mikrofon” aksiyası -  FOTO
05 may 2022 16:45 (UTC +04:00)

Suraxanıda “Açıq mikrofon” aksiyası - FOTO

“Quşçuluq sexinə quraşdırılan sayğac açılaraq Dövlət yoxlamasına göndərilib, yoxlamadan sonra sayğac geri quraşdırılacaq, ya yenisi ilə əvəz olunacaq? Xahiş edirəm mənə ətraflı məlumat verin”.

Lent.az-ın xəbərinə görə, bu sözləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan İbrahim Səfərov SOCAR "Azəriqaz" İstehsalat Birliyinin paytaxtın Suraxanı rayonunda baş tutan növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

"Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ünvanlanan bu sualla bağlı sahibkara ətraflı məlumat verib. Sahibkarlarla yanaşı, keçirilən aksiyaya sakinlər də qoşularaq öz problemlərini səsləndiriblər. Vətən müharibəsi iştirakçısının atası Bəhmən Həsənov fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət edib.

 O, fərdi yaşayış evinə sayğacın quraşdırıldığını, lakin abonent kodunun açılmadığını bildirib. Həmçinin Zeytunluq savxozu adlanan ərazidə yaşayan bir qrup sakin qeyd olunan ünvanda 10-a yaxın ailənin fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş ediblər. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Bütün müraciətlərin qeydə alınaraq “Azəriqaz” İB-nin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Aksiyada “Azəriqaz”ın məsul şəxsləri ilə yanaşı, Suraxanı rayon İcra Hakimiyyətinin müavini Bəhmən Məmmədov, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi Yusif Bağırov da aksiya iştirakçılarına lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, bu gün təşkil olunan “Açıq mikrofon” aksiyası sayca ümumilikdə 60-cı, sahibkarlarla isə 33-cu görüşdür.

# 1809
avatar

Oxşar yazılar