Sumqayıtda 700 abonent qazsız qalacaq
09 oktyabr 2025 10:08 (UTC +04:00)

Sumqayıtda 700 abonent qazsız qalacaq

0

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sistemləri İdarəsi verilən məlumat yayıb.

Bildirilib ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar