Sosial şəbəkədəki saxta profil  məsuliyyət yaradırmı? - CAVAB
14 iyun 2024 15:26 (UTC +04:00)

Sosial şəbəkədəki saxta profil məsuliyyət yaradırmı? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu saxta profillərlə bağlıdır. 

Sosial şəbəkədə saxta profil məsuliyyət yaradırmı?

Lent.az xəbər verir ki, zaman-zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradır.

Bu yolla insanları sosial şəbəkələrdə təhqir edirlər. Və bu zaman həmin saxta profil hesabı sahibləri düşünürlər ki, bu hərəkətlə heç bir məsuliyyət daşımırlar. Lakin Cinayət Məcəlləsinə (bundan sonra CM) yeni əlavə edilən 148-1-ci maddəyə əsasən artıq bu hərəkət də cinayət əməli sayılır və müəyyən məsuliyyət daşınmasına gətirib çıxarır.

Ümumilikdə isə CM-in 148-ci maddəsinə əsasən isə təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur.

CM-in 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə -1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5703
avatar

Fidan İlqar

Oxşar yazılar