İyulun 19-dan 25-dək günvurma şikayəti ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma 4 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlardan 1 nəfəri uşaq olub və ona hospitalizasiya edilib. Digər üç nəfərə isə yerində yardım göstərilib.
Qeyd edək ki, yay mövsümü başlayandan Bakıda 36 nəfəri gün vurub.