SON DƏQİQƏ:   Bakının əksər yollarında tıxac var  -  SİYAHI
16 iyul 2021 13:52 (UTC +04:00)

SON DƏQİQƏ: Bakının əksər yollarında tıxac var - SİYAHI

Günorta saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, tıxac aşağıda qeyd olunan ərazilərdə hərəkətdə problemlər yaradıb:

1. Ziya Bünyadov prospekti - (Əsasən,Əliyar Əliyev küçəsi ilə kəsişmədən başlayaraq – Əsas yol,20 Yanvar dairəsi istiqamətində) sıxlıq

2. Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyasının qarşısından başlayaraq,Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər,Neftçilər metro stansiyası istiqamətində) sıxlıq

3. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Mərdanov qardaşları küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqaməti) sıxlıq

4. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti) sıxlıq

5. Babək prospekti - (Hər iki istiqamətdə,Yeni Günəşli istiqaməti, Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmə istiqaməti – Köməkçi yol və Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən başlayaraq,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində,Əsas yol və Köməkçi yol) sıxlıq

6. Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə  küçəsi ilə kəsişməyə qədər,Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çixan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunur.

# 3354
avatar

Oxşar yazılar