"SMS icazə alıb evdən çıxarkən şəxsiyyət vəsiqəsini də üzərinizdə götürmək vacibdir. Əks halda vətəndaş bölməyə aparıla bilər".
Lent.az-ın məlumatına görə, bu sözləri sosial şəbəkədə vətəndaşların suallarını cavablandıran DİN əməkdaşı deyib. Həmçinin qeyd olunur ki, SMS icazə başqa telefonla da alına bilər.