Xəyal Məmmədov
27 aprel 2022 14:57 (UTC +04:00)

Xəyal Məmmədov

Şeytanın rəqəmi 666 deyilmiş: Numeroloq rəqəmlərin SİRRİNİ AÇDI - MÜSAHİBƏ II HİSSƏ

Müsahibimiz Qafqazın yeganə numeroloqu Xəyal Məmmədovdur.

Lent.az onunla müsahibəni təqdim edir. (əvvəli: https://lent.az/xeber/sosial/bu-tarixde-toyu-olanlara-bed-xeber-aileleri-dagilacaq-numeroloqdan-proqnoz-40538211

- Niyə 99?

- Çünki enerjisinə görə ən güclü rəqəm 99-dur. Artıq 2030-cu ildə aramıza yenidən 10 nəfər gələndə 99 nəfər içərisindən ilk 10 nəfər artıq numerologiya ilə məşğul olmayacaqlar. İllərlə 99 nəfər stabil saxlanılacaq.
 
- Bəs, bu elmi öyrənmək üçün sizə müraciət edənlər varmı?

- Öyrənmək üçün maraq göstərənlər çoxdur. Amma mənim bu elmi öyrətməyə icazəm yoxdur. Çünki bizdə statuslar var. Və mən öyrətmək statusunda deyiləm. 

Bundan başqa, mən işlərimi qırağa qoyub 4 illik proqramı kiməsə öyrədə bilmərəm. Öyrətmək istəsəm də icazə verməzlər (ironiya ilə gülür).

- Bu hesablamalar üçün ölkəmizdə daimi müraciətlər olurmu?

- Mənim Azərbaycanda ofisim yoxdur. 

- Bunun səbəbi nədir?

- 2011-2012-ci illərdə ofisim vardı. Sadəcə insanlar numerologiyanı falçılıqla səhv salırlar. Bu da mənə pis təsir edir. 

Bəzən mənə sual verirlər ki, Xəyal bəy, siz baxıcısınız? Həmin an mənim 4 illik təhsilim, 2010-cu il mayın 15-i imtahan günüm gözümün önündən keçir. Yaşadığım stress, həyəcan təsir edir. Əsəbiləşirəm ki, mən bu qədər illərimi vermişəm ki, axırda mənə “baxıcı” desinlər?

Ona görə bizim ölkədə insanlar numerologiyanı məğzini dərk etmirlər.

- Bəs, xaricdə ofisiniz var?

- Mənim ofisim Moskvadadır. Orada çoxlu seminarlarım olur. Dəfələrlə Qazaxıstanda, Tiflisdə və digər ölkələrdə seminarlar təşkil edirəm. Bir sözlə, numerologiya elmi xarici ölkədə daha maraqla qarşılanır. Bizim ölkədəkilərə başa sala bilmirəm ki, numerologiya fal deyil. 
 
- İnsanlara mənfi enerji verən rəqəm varmı?

- İnsanlara mənfi enerji verən yeganə rəqəm “0”dır. Çünki “0” rəqəm deyil, ədəddir. “0” riyaziyyat elmində niyə tətbiq ediblər? Onluq rəqəmlərin hesablanması üçün. Normalda bu rəqəm deyil boşluqdur. “0” nə əvvəli var, nə də sonu. Kəsişməsi də yoxdur. 

Bu boşluğu işlətməklə yanındakı rəqəmi boşluğa salırsınız. Riyaziyyat elminin əsası vurub, bölmə, çıxma, üstəgəlmədir. 

- Adlarımızın bizim taleyimizə təsiri varmı? Ümumiyyətlə, insanların adlarındakı hərf sayı nədən xəbər verir?

- Yeni doğulmuş uşağa ad qoyanda diqqət etmək lazımdır. Bizim millətin adətidir. Uzun ad olanda onu qısaldırlar. Məsələn: Gülbəniz adını qoyub, uşağı “Gülü” kimi çağırırlar. Belə etmək olmaz. 

Adlardakı hərflərin sayı insanın ikinci kateqoriya rəqəmləridir. Bəyaq Gülbənizi misal olaraq dedik. Həmin ad 8 hərfdir. 8 rəqəminin də mənası işgüzarlıq deməkdir. Amma Gülbənizi qısaldıb Gülü kimi çağıranda onun 4 hərfini kəsirlər. Bununla da həm işgüzarlılığını aşağı salırlar. O kəsilən 4 hərf isə rəqəm olaraq qaraciyər və qarın boşluğunda olan orqanları ifadə edir. Daha sonra başlayır həmin şəxsin səhhəti ilə bağlı problemlər yaşanmağa. Sonra da valideynlər deyir ki, niyə övladım belə oldu. İnsanlar bunu bilmir, amma belə olmaz. 

İnsan doğularkən nə ad verilirsə, o adla da çağırılmalıdır.

1-ci kateqoriya rəqəmlər bizim doğum tariximizdir (onu biz seçmirik)

2-ci kateqoriya adlarımızdır (bunu da biz seçmirik)

3-cü kateqoriya isə telefon, maşın, mənzil nömrələridir (bunu biz seçirik) 

Amma qeyd edim ki, qoyulandan artıq hərflə çağırılanda yaxşıdır. Məsələn: Fidan adı 5 hərfdən ibarətdir. Əgər sizi “Fidaşka” kimi çağırırlarsa, yaxşıdır. Bu müsbət təsir edir. Amma azaldanda mənfi təsir edir. 

Allah insanı elə yaradıb ki, o istəsə özünü xəstə də edər, istəsə müalicə də edər. enerjini düzgün idarə etməyi bacaran şəxslər orqanlarını da düzgün idarə edə bilir. 

- Amma hər insan enerjinin nədən qaynaqlandığını, necə olduğunu bilmir…

- Belə halda numeroloqa müraciət etmək lazımdır. Numeroloq həmin insanı hesablayıb, enerjisində problem olmasın. Enerjidə problem olduqda insan ruh düşkünlüyü yaşayır. Belə halların qarışısını almaq üçün enerjini düzgün idarə etmək lazımdır. 

Bəzi insanlar elə bilir ki, məmurların, varlı şəxslərin problemi olmur. Vallah, məmurlarda olan problem heç sıravi insanlarda yoxdur. Gözlərimlə görmüşəm. Elə şeyi görəndə insan qorxur. Düşünür ki, məmur olub elə problemin olmaqdansa, sıravi vətəndaş olub problemsiz yaşamaq daha yaxşıdır. Yəni problem hər kəsdə var. 

Amma reallığı götürsək, problem deyilən şey yoxdur. Problem həll yolu olmayan məsələdir. Yeganə həll yolu olmayan problem də “əbədi həyat”dır. 

- Xəyal bəy, çox zaman eşitmişik ki, 7 rəqəmi müqəddəs sayılır. Bu nədən irəli gəlir? Əksər insan bunu dinlə bağlayır. Doğrudanmı 7 uğurlu rəqəmdir?

- Söhbət müqəddəslikdən getmir. Qeyd edim ki, yeganə “7” rəqəmidir ki, bütün numerologiyalarda eyni mənanı (ruzi, istiqamət, bəxt,) daşıyır. Ona görə “7” sevilən rəqəmdir. İstər dini, istərsə də elmi tərəfdən baxanda “7” gözəl rəqəmdir. Amma müqəddəs rəqəm deyə bilmərəm. Ümumiyyətlə, rəqəmlərdə müqəddəslik düzgün anlam deyil. Amma energetikasına görə təkrəqəmlilərin Şahı “9” dur. Allahın rəqəmi də “9”dur. Amma enerjisinə görə ikirəqəmlilər arasında “99”dur. “999” yox, “99”. Çünki bir rəqəmin iki dəfədən artıq ardıcıllıqla təkrarlanması o “1”ə bərabərləşir. 
 
- Xəyal bəy, el arasında bəzi rəqəmlər var ki, birmənalı qarşılanmır: 13, 666 və s. Bu rəqəmlər həqiqətən təhlükəlidir?

- 13 müqəddəs rəqəmdir. Bu din tərəfindən də təsdiqini tapıb. Mən məşğul olduğum numerologiyanın kökü gələn dövrlərdə din deyilən bir anlam yox idi. İnsanlar dinə bölünmür, hər kəs Allaha sitayiş edirdi. Dini irqlər yox idi. 

13 rəqəmindən danışanda deyə bilərəm ki, 12 imam və tək Allahın bərabəri 13 edir. 1 və 3 - 1 insandır, 3 - böyrək və cinsi orqanları ifadə edir. Yəni insanların davamiyyəti, cinsi münasibət zamanı övladın dünyaya gəlişi. 

- Bəs, 666?

- Keçən əsrin 70-80-ci illərində insanlarda “6” rəqəminin şeytan əlaməti olduğunu deyərək xof yaratdılar. Və insanlar başladı “6” rəqəmindən uzaqlaşmağa. 

Məsələn, biri gəlib deyir ki, Fidan, bu yaxşı şey deyil. Sən deyəcəksən ki, hə onda mən onu istəmirəm. Mən də onu özümə götürəcəm. 

Yəni o dövrdə bəzi şeyləri “ələ almaq” üçün belə tendensiya yaratmışdılar. Düzdü, müsahibədə çox məqamları açıqlaya bilmirəm. Tək onu deyim ki, “6” pul rəqəmidir. 

- Bəs, deyirdiniz ki, eyni rəqəmin ardıcıl 2 dəfədən artıq təkrarlanması pisdir. Amma burda “666”dır.

- “666” hə 3 dənə “6” rəqəmi olduğu üçün bir “6” sayılır. Mənası da pul olsun, bizim olsun.

- Şeytanın rəqəmi varmı? Varsa, hansıdır?

- Şeytanın rəqəmi 370-dir. Bunun mənası isə belədir:

0 yanındakı 7-ni sıfırlayır. 3 tək qalır. Tək 3 ya kişidir, ya qadın. Məlumdur ki, Allah hamını cüt yaradıb. Kişi qadınsız, qadın da kişisiz artım verə bilmir.
 
- Maraqlıdır, insanlar sevdikləri şəxsləri seçəndə onların adlarındakı hərf sayı nə isə məna daşıyır?

- Əgər sizin adınız təkrəqəmlidirsə, seçdiyiniz insanın adının da təkrəqəmli olması daha uyğundur. 

Məsələn: Fidan adı 5 hərfdən ibarətdir. Təkrəqəmlidir. Seçdiyiniz insanın da adı 3,5,7 hərfdən ibarət olmalıdır. 

Cütrəqəmli adlar da cütrəqəmli şəxsləri seçməlidir. Bunun münasibətdə böyük rolu var. 
 
- İnsanlara evlilik günlərini hansı vaxta salmaqları ilə bağlı necə tövsiyə verə bilərsiniz?

- Bunu normalda insan özü bilə bilməz. İki insanın evlilik günləri üçün nisbi  rəqəm seçilməlidir. Bu həm qız, həm də oğlan tərəfə ziyan verən rəqəm olmamalıdır. Çünki riyaziyyatda mənfinin olmaması artıq müsbətə bərabərdir. Ona görə neqativ tarix olmamalıdır.

Amma bir mənalı olaraq, ilindən və ayından fərqi olmayaraq 10, 20, 30 heç kimə düşərli rəqəm deyil. Məndə bir statistika var ki, 10, 20, 30 toy edənlərin 75%-i boşanıb. 25%-i isə boşanmağa doğrudur. Boşanmasalar da çoxlu problemləri olur o cütlüklərin. 

- Xəyal bəy, rəqəmlərdən danışdıq. Bəs, siz bu rəqəmlərin enerjisini öz həyatınızda tətbiq edirsinizmi?

- Mütləq. Ümumiyyətlə, 2010-cu ildə təhsilimi bitirib Azərbaycana qayıdanda numerologiyanın praktikasına başlamadım. Praktikaya 1 il sonra 2011-ci ilin mart ayında başladım. Numerologiyada bildiyim hər şeyi öz üzərimdə sınaq etdim. Və mənfilərlə başladım. Yəni mənfi rəqəmlər işlədirdim. Görürdüm ki, durduğum yerdə pis hadisələr baş verir. 

Ona görə pozitivə doğru çevrildim. Şükür Allaha hər şey yaxşıdır. 

- Müsahibəmizdə rəqəmlərin enerjisindən, mənalarından uzun söz açdıq. Deyə bilərsinizmi, 1-dən 9-a qədər rəqəmlərin hansı mənaları var?

1 - Tək insan, özgüvən

2 - Münasibət

3 - Böyrək və cinsi orqanlar

4 - Qaraciyər və qarın boşluğundakı orqanlar

5 - Ürək və fikir

6 - Pul

7 - Ruzi, bəxt

8 - İş, karyera

9 - Həyat yolu, Allahın rəqəmidir.

- Sizə müraciət edənlər arasında ən maraqlı hadisə hansı olub? Hansı müraciət yadınızdan çıxmır?

- Ən yadda qalanı 2017-ci ildə bir nəfər mənə zəng elədi. Moskvadan qayıdırdım, aeroportda idim. Zəng edən adamın nömrəsinə baxanda gördüm ki, çox pozitiv rəqəmdir. Hətta düşündüm ki, bəlkə mənim hesabladığım insanlardan biridir. Telefonu açdım mənə belə dedi:

“Mənim həyatımda hər şey yaxşıdır. Heç nədən şikayətim yoxdur. Sadəcə sizinlə görüşüb sizə qulaq asmaq istəyirəm. Amma öncədən deyim ki, heç bir nömrəni dəyişən deyiləm”.

Mənə çox gülməli və maraqlı gəldi. Düzdür, təsadüf yoxdur. Amma onun telefon, maşın, mənzil nömrəsi ideal idi. Mən əgər onum enerji rəqəmini hesablasa idim həmin rəqəmləri təyin edəcəkdim. Yəni energetikası tam ideal idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24720
avatar

Fidan İlqar

Oxşar yazılar