"Sürücü avtomobildə təkdirsə və ya ailə üzvləri ilə hərəkət edirsə, maska taxmaya bilər".
Lent.az xəbər verir ki, bunu sosial şəbəkədə vətəndaşları maraqlandıran suallara cavab verərkən Daxili İşlər Nazirliyinin əməkdaşı deyib. Bildirilib ki, ancaq avtomobildə ailədən kənar şəxslər varsa, mütləq maska taxılmalıdır. Bundan əlavə, avtomobildəki şəxslərin eyni ailə üzvləri olması da şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanı ilə yoxlanılır.