Sərxanı xilas edən polis polkovnik-leytenantı görün kimin oğludur?
17 yanvar 2026 13:25 (UTC +04:00)

Sərxanı xilas edən polis polkovnik-leytenantı görün kimin oğludur?

0

Dekabrın 25-i Bakının Səbail rayonunda baş verən qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onun həyatını xilas edən polis polkovnik-leytenantı Müşfiq Gözəlov mərhum icra başçısının övladı imiş.

Lent.az-ın xəbərinə görə, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat paylaşıb.

Onun sözlərinə əsasən, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında vəzifədə olarkən Şuşada müəmmalı şəraitdə öldürülüb.

Müşfiq Gözəlov polis zabiti kimi hazırda Daxili İşlər Nazirliyində xidmət edir.

Qeyd edək ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb. Həmin qəzada sürücülərin xəsarət alaraq, yerə yıxılan azyaşlı Sərxana önəm verməyib, söhbət eetmələri isə kəskin tənqid olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar