Məlahət İbrahimqızı, deputat
27 may 2021 16:44 (UTC +04:00)

Məlahət İbrahimqızı, deputat

“Sələmçilər və lombardlar camaatı bezdirib” - DEPUTAT

“44 günlük müharibədə şərəflə zəfərə imza atdığımız dövrdə bəzi problemlərlə rastlaşdıq”.

Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbaycanın bütün bölgələrində qeyri-qanuni fəaliyyət göstərən sələmçilər var: “Xeyli hərbçi həmin sələmçilərdən pul götürüblər. Bu hərbçilərdən qazi olanlar var. Hələ də onlar bu sələmçilərdən yaxa qurtara bilmirlər. Təklif edirəm ki, bu sələmçilərlə bağlı qanunda tənzimləməyə gedilsin. Dövlət başçımızın bu qədər humanist addımlar atmasına baxmayaraq, sələmçilər və lombardlar camaatı, daha çox da sadə insanları bezara gətirib. Təklif edirəm ki, bununla bağlı monitorinqlər aparılsın”./ APA

# 1833
avatar

Oxşar yazılar