Finlandiyada Mərkəz Partiyasının lideri Antti Kaikkonenin xüsusi müşaviri Yirka Hakalanın mənzilində pornoqrafik videonun çəkilməsindən sonra siyasi qalmaqal yaranıb.
Lent.az bildirir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” nəşri məlumat yayıb.
Nəşrin jurnalistləri videonu OnlyFans platformasında tapdıqlarını, mənşəyini müəyyənləşdirdiklərini və çəkilişlərin Hakalanın mənzilində aparıldığını təsdiqlədiklərini bildiriblər.
Məlumatın dərcindən sonra Hakala artıq məsləhətçi kimi fəaliyyət göstərməyəcək. Bunu partiyanın baş katibi Antti Siika-aho “Yle”yə açıqlamasında təsdiqləyib.
O, Hakalanın "partiyada başqa vəzifəyə keçəcəyini" qeyd edib, lakin hansı roldan bəhs etdiyini açıqlamaqdan imtina edib.
"Mən təfərrüatları şərh etməyəcəyəm və dəyişikliklərin səbəbləri ilə bağlı suallara cavab verməyəcəyəm", - Siika-aho deyib.
Kaykkönen özü də şərh verməkdən imtina edib. “Yle”nin şərh istəməsinə cavab olaraq o, yalnız mətn mesajı göndərib: "Şərh yoxdur".
Əldə olan məlumata görə, Hakala xəstəlik məzuniyyətindədir.