Şəkidə 8 aylıq körpə ana bətnində öldü - AİLƏ HƏKİMLƏRİ GÜNAHLANDIRIR
09 oktyabr 2025 21:11 (UTC +04:00)

Şəkidə 8 aylıq körpə ana bətnində öldü - AİLƏ HƏKİMLƏRİ GÜNAHLANDIRIR

0

Şəkidə 8 aylıq körpə ana bətnində tələf olub.

Lent.az xəbər verir ki, hadisə ötən gün rayonun  Kiçik Dəhnə kəndində baş verib. 

Belə ki, kəndin Məmmədovlar ailəsinin hamilə gəlini 2007-ci il təvəllüdlü Dilarə İlham qızı Süleymanovanın səhhətində səhər saatlarında narahatçılıq baş verib.

D. Süleymanova qayınanası Tamella Məmmədovanın müşayiəti ilə Kiçik Dəhnə kəndindəki tibb məntəqəsinə aparılıb. Gəlin məntəqədə müayinə olunandan sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) nəzdində olan  Perinatal Mərkəzə çatdırılması tövsiyə olunub.

Daha sonra D. Süleymanova ailənin şəxsi avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) nəzdində olan Perinatal Mərkəzə aparılıb.

Perinatal Mərkəzdə müayinə olunan zaman D. Süleymanovanın ana bətnində olan 8 aylıq körpənin öldüyü bildirilib.

Həkimlərin köməkliyi ilə ana bətnindən çəkisi 1,700 kq, boyu 44 sm. olan ölü döl xaric edilib. D. Süleymanovanın qayınanası Tamella Məmmədova  körpənin ana bətnində ölməsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin nümayəndələrini günahlandırır.

Belə ki, Kiçik Dəhnə kənd məntəqəsində müayinə olunduqdan sonra D. Süleymanovanın Perinatal Mərkəzə çatdırılması üçün Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinə zəng olunub. Rayon şöbəsi isə posiyentin rayonun Kiçik Dəhnə kəndindən Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) nəzdində olan Perinatal Mərkəzə çatdırılmasına köməklik göstərməyib. Əlacsız qalan ailə gəlinləri D. Süleymanovanı kənddən 30 km uzaqlıqda yerləşən xəstəxanaya şəxsi avtomobilində aparıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən məsələ ilə bağlı bildirilib ki, “08.10.2025-ci il tarixində 2007-ci il təvəllüdlü 35 həftəlik hamilə şəxs avtomobil vasitəsilə Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub. Spontan doğuş halında çəkisi 1 kq. 700 qr., boyu 44 sm. olan ölü döl bətndən xaric edilib. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hazırda 2007-ci il təvəllüdlü pasiyentin müalicəsi Perinatal Mərkəzin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar