Səhiyyə Nazirliyinin baş pediatrı vəzifəsindən kənarlaşdırılıb.
Lent.az-ın məlumatına görə, tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin yerinə "İnternational Medical Center Bakı" MMC-nin "Baku Medical Plaza Klinikası" nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov təyin olunub.
Səhiyyə Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.