Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə təyinat olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Tibb Universitetinin cərrahı, xəstəliklər kafedrasının dosenti, t.e.n. Elçin Ağayev ümumi cərrahiyyə üzrə baş mütəxəssis təyin olunub.
Səhiyyə Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.
Bu barədə saytımıza danışan baş mütəxəssis Elçin Ağayev bildirib ki, cərrahiyə sahəsinin inkişafı üçün əlindən gələn hər bir işi edəcək:
“Yüksək etimad göstərərək məni respublikanın baş cərrahı vəzifəsinə təyin edən möhtərəm nazirimiz Teymur Musayev cənablarına əziz anam başda olmaqla bütün ailə üzvlərimiz və kollektivimizin bütün əməkdaşları tərəfindən dərin təşəkkürümü bildirirəm”.
Elçin Ağayev