Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
27 sentyabr 2021 12:01 (UTC +04:00)

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

27 sentyabr - Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lent.az-ın məlumatına görə, saat 12:00-da ölkə ərazisində avtomobillərin hərəkəti dayandırılıb, Bakı buxtasında gəmilər, qatarlar, Bakı metropoliteninin qatarları fit verib. 

***
Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib. Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

# 3363
avatar

Oxşar yazılar