Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanaraq 5 ay sonra hospitalda vəfat edən əsgər Balakişiyev Zamin Dadaş oğlu Sabirabadda dəfn edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.
20 yaşlı şəhid əsgər Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!