Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu - FOTO
18 noyabr 2021 13:07 (UTC +04:00)

Şəhid hərbçimiz Mingəçevirdə dəfn olundu - FOTO

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə Mingəçevirdə torpağa tapşırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid əsgər Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

# 1569
avatar

Oxşar yazılar