Şəhid hərbçimiz dəfn olundu
18 mart 2021 15:03 (UTC +04:00)

Şəhid hərbçimiz dəfn olundu

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri bu gün Gəncədə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan, 1998-ci il təvəllüdü Məmmədov Vüsal Elşən oğlunun nəşi yaşadığı evə gətirilib. Şəhidlə evdə vida mərasimi keçirilib. Daha sonra V. Məmmədov Gəncə Şəhidlər Xiyabanına torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. 

# 2130
avatar

Oxşar yazılar