Biləsuvarda şəhid atası vəfat edib.
Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.
Lent.az-ın xəbərinə görə, şəhid atası 1976-cı il təvəllüdlü Nazim Gözəlov bu gün müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında vəfat edib.
O, Bakı şəhərində xəstəxanalarından birində mədəsindən əməliyyat olunub.
Qeyd edək ki, şəhid Ceyhun Nazim oğlu Gözəlzadə 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub.
C.Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Vətən müharibəsində iştirak edib, Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
İlkin Rzayev