Şəhər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qaldı
16 yanvar 2021 15:31 (UTC +04:00)

Şəhər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qaldı

Xüsusi karantin rejiminin müddətində - 2021-ci il 1 aprel saat 06:00-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır. 

Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.

İ. Məmmədov bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar