“Səadət” şadlıq sarayı
13 avqust 2021 12:38 (UTC +04:00)

“Səadət” şadlıq sarayı

“Səadət” sarayında nöqsanlar aşkarlandı

Koronavirusla mübarizətədbirləri çərçivəsində daha bir şadlıq sarayında monitorinq keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində fəaliyyət göstərən “Səadət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı müəyyən edilib.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Oxşar yazılar