Sahil Babayev bir direktorla bağlı  İKİ ƏMR İMZALADI
02 noyabr 2021 15:53 (UTC +04:00)

Sahil Babayev bir direktorla bağlı İKİ ƏMR İMZALADI

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru İsmayıl İsrafilov vəzifəsindən azad edilib".

Bunu Lent.az-a açıqlamasında nazirliyin mətbuat katibi Fazil Talıbov deyib. O, bildirib ki, bu haqda nazir Sahil Babayev əmr imzalayıb:

“S.Babayevin digər əmri ilə İ.İsrafilov Sosial Dəstək Mərkəzinə direktor təyin olunub.  Nazir Azər Məmmədovu isə Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor əvəzi təyin edib”. 

# 3438
avatar

Aytəkin Cəlali

Oxşar yazılar