Sabahın hava PROQNOZU
30 aprel 2022 12:02 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya xidmətindən Lent.az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

# 1317
avatar

Aytəkin Cəlali

Oxşar yazılar