Bakının bir sıra mərkəzi küçələrində hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, martın 10-dan Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.
Məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.