Sabah yağış yağacaq  - HAVA PROQNOZU
25 aprel 2022 12:50 (UTC +04:00)

Sabah yağış yağacaq - HAVA PROQNOZU

Aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

# 1848
avatar

Oxşar yazılar