Sabah hava necə olacaq? -  PROQNOZ
08 oktyabr 2021 12:26 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Oktyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 1581
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar